Hikmət Hacıyev: “Həftə ərzində ölkəyə xaricdən 400-450 nəfər qəbul etmək olar”
“Azərbaycanla Rusiya arasında qarşılıqlı keçidin əlaqələndirilməsi tədbirləri həyata keçirilir. Son olaraq 550 nəfər Rusiyadan quru yol ilə gətirilib”.
AYNA xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib. Bildirib ki, Rusiyada olan həmvətənlərimiz yalnız “evəgedirəm” portalı vasitəsilə qeydiyyatdan keçməklə ölkəyə gəlməlidirlər.
“Çünki biz işimizi karantin tədbiri ilə əlaqədar qrafik üzrə görürük. Həftə ərzində ölkəyə xaricdən 400-450 nəfər qəbul etmək olar, amma hələlik ölkədəki epidemioloji vəziyyətlə bağlı fasilələr verilir”, - Hacıyev vurğulayıb.