“Əgər biz onlara iqtisadi təzyiq göstərsək, onlar da bizə iqtisadi təzyiq göstərməyə çalışacaqlar”
“İqtisadi təzyiq ABŞ-ın İrana qarşı mübarizədə ən təsirli vasitəsidir”. AYNA.AZ xəbər verir ki, bu sözlərio ABŞ vitse-prezidenti Cey.Di.Vens "The Clay Travis and Buck Sexton Show"a verdiyi müsahibədə deyib.
"Deyə bilərsiniz ki, ən təsirli vasitəmiz onlara göstərə biləcəyimiz iqtisadi təzyiqdir. Və bu, həssas bir məsələdir, çünki əgər biz onlara iqtisadi təzyiq göstərsək, onlar da bizə iqtisadi təzyiq göstərməyə çalışacaqlar", - Vens deyib.
Eyni zamanda, o qeyd edib ki, son iki həftə Tehranın ABŞ-dan daha çox təzyiq altında olduğunu göstərib: "Biz bunu etməyə davam edəcəyik, çünki düşünürəm ki, son məqsədimizə çatmağın ən yaxşı yolu budur".
Vens bildirib və bu məqsəd kimi İranın nüvə silahının olmamasını göstərib. Onun sözlərinə görə, İranın nüvə obyektləri məhv edilib və indi ABŞ İranın heç vaxt bu obyektləri bərpa etməyə cəhd etməyəcəyi bir vəziyyət yaratmağa çalışır.
"Biz yerində elə bir reallıq yaratmağa çalışırıq ki, burada təkcə onların obyektlərinin dağıdıldığını deyil, həm də onları heç vaxt yenidən qurmağa cəhd etməyəcəklərini əminliklə deyə bilək və hazırda da elə bu vəziyyətdəyik", - vitse-prezident vurğulayıb.
Vensin sözlərinə görə, iranlılar Hörmüz boğazını bağlamağa çalışırlar: “Vaşinqtonun vəzifəsi təkcə vəziyyəti bərpa etmək deyil, həm də amerikalılar üçün yanacaq qiymətlərini azaltmaq üçün kifayət qədər neft və qaz tədarükünü təmin etməkdir”.