Venesuela OPEC-dən çıxmağı düşünür

Dünya

28.08.2026 - 11:44

Məsələ Nikolas Maduronun həbsindən sonra ABŞ rəsmiləri ilə görüşlər zamanı müzakirə olunub

Venesuela hakimiyyəti OPEC-dən çıxmağı düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu məsələ Venesuela Prezidenti Nikolas Maduronun həbsindən sonra ABŞ rəsmiləri ilə görüşlər zamanı müzakirə olunub.

Mənbələr hələlik yekun qərarın verilmədiyini açıqlayıblar.

Agentlik qeyd edib ki, OPEC-dən çıxmaq Venesuelaya neft hasilatını artırmağa imkan verəcək. Bu qərar həmçinin Karakasa beynəlxalq şirkətlərin sənayenin bərpasında fəal iştirakını təmin etməyə imkan verəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş