Ukraynanın XİN başçısı: “Rusiyanın danışıqlarda tələbləri absurddur”

Dünya

19.05.2025 - 23:18

Həkimlər Klinikalar SEO Xidməti

“Ukrayna gələcəyə baxır, əsl sülh prosesinə başlamaq üçün diqqətini tam və dərhal atəşkəsə yönəldir”

Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa İstanbulda keçirilən danışıqlardan sonra Moskva ilə Kiyev arasında əsas fikir fərqlərini sadalayıb. AYNA.AZ xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkə hesabında yazıb.

Nazirin sözlərinə görə, “Ukrayna gələcəyə baxır, əsl sülh prosesinə başlamaq üçün diqqətini tam və dərhal atəşkəsə yönəldir”.

Eyni zamanda, Sıbiqa iddia edir ki, Rusiya “keçmişə fokuslanıb”, guya atəşkəsi rədd edir və 2022-ci ildə İstanbulda uğursuz danışıqlardan “daim danışır”.

Ukrayna XİN başçısı hesab edir ki, Moskva “üç il əvvəl olduğu kimi eyni absurd tələbləri” irəli sürür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş