Türkmənistan Türkiyəyə İran üzərindən qaz tranziti ilə bağlı razılığa gəlib

Dünya

11.02.2025 - 11:23

Həkimlər Klinikalar SEO Xidməti

“Botaş” şirkəti ilə təbii qazın İran ərazisindən tranziti ilə bağlı mübadilə sxemi üzrə razılığa gəlinib

Türkmənistan Türkiyənin “Botaş” şirkəti ilə öz təbii qazının İran ərazisindən tranziti ilə bağlı mübadilə sxemi üzrə razılığa gəlib.

AYNA xəbər verir ki, “Neytral Türkmənistan” qəzetinin məlumatına görə, bu barədə İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı Türkmənistan Xalq Məsləhətinin (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov bildirib.

Berdiməhəmmədov həmçinin deyib ki, elektrik enerjisi sahəsində əməkdaşlığı artırmaq üçün Türkmənistan Marı SES-dən İran sərhədinə qədər Marı-Məşhəd istiqamətində elektrik ötürücü xəttinin bir hissəsinin çəkilməsini təklif edib. Onun sözlərinə görə, artıq lazımi danışıqlar aparılıb və müvafiq sənəd imzalanıb: layihənin İran şirkətləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Xalq Şurasının sədri nəqliyyatı əməkdaşlığın əsas istiqamətləri sırasında qeyd edib. O vurğulayıb ki, Türkmənistan və İran Asiya ilə Avropanın qovşağında, Xəzər dənizi ilə Fars körfəzi arasında əlverişli coğrafi mövqeyə malikdir və bu, iki ölkə üçün nəqliyyat və logistika sektorunda konstruktiv tərəfdaşlığa yol açır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş