Yeraltı təkanlar qonşu dörd bölgədə hiss edilib
Bu gün Türkiyənin cənubundakı Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib və yeraltı təkanlar qonşu dörd bölgədə də hiss olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə Fəlakətlərin İdarə Edilməsi İdarəsinin (AFAD) məlumatında qeyd edilib.
"Adana əyalətinin Saimbeyli rayonunda səhər saat 4:02-də baş verən və Kahramanmaraş, Osmaniye, Kayseri və Qaziantep əyalətlərində hiss edilən 5 bal gücündə zəlzələdən sonra hazırda heç bir mənfi nəticə qeydə alınmayıb. Ərazinin tədqiqatı davam edir", - deyə AFAD qeyd edib.
Adana əyalət administrasiyası həmçinin bildirib ki, zəlzələdən sonra heç bir təcili yardım xidmətinə ziyanla bağlı heç bir zəng daxil olmayıb. AFAD mütəxəssisləri və digər müvafiq xidmətlər ərazidə tədqiqat işlərini davam etdirir və səlahiyyətlilər vəziyyəti izləyir.