Türkiyənin 33 vilayətində əməliyyat keçirilib

Dünya

12.01.2021 - 15:07

FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən hərbçilər saxlanılıblar

 

Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib. Bu barədə AYNA Türkiyə mediasına istinadən xəbər verir.

 

Bildirilir ki, İstanbul başda olmaqla 33 vilayətdə paralel keçirilən əməliyyatlar zamanı terror təşkilatı ilə əlaqə saxlamaqda şübhəli bilinən 118 hərbçinin əksəriyyəti saxlanılıb. Həmin şəxslərin arasında hazırda fəaliyyətdə olan hərbçilər də var. Digər şübhəlilərin də saxlanılması istiqamətdə əməliyyatlar davam etdirilir.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar