Türkiyəli alim evində ölü tapılıb

Dünya

02.11.2021 - 06:19

Dilək Dündar Ərbahar zəhərli qazlarla bağlı araşdırmalar aparırdı

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında (TÜBİTAK) elmi işçi olaraq çalışan professor Dilək Dündar Ərbahar evində ölü halda tapılıb.

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, oktyabrın 30-da gənc alimi evində hərəkətsiz halda tapan yaxınları polisə və təcili yardıma xəbər veriblər. İlkin ehtimala görə, Dilək Dündar intihar edib.

Qeyd edək ki, Dilək Dündar Ərbahar zəhərli qazlarla bağlı araşdırmalar aparırdı. O, zəhərli qazlara qarşı yüksək aşkarlama həssaslığına malik, yüksək performanslı, kütləvi istehsala uyğun, qənaətcil, az enerji sərfiyyatı ilə işləyən kompakt kimyəvi sensorların yaradılmasına yönəlmiş tədqiqatlar aparırdı.

Müəllif: Ayna.az