Türkiyədə zəlzələ qurbanlarının sayı artıb

Dünya

25.01.2020 - 12:54

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə ölən və yaralananların sayı durmadan artır

 

Son məlumatlara görə, zəlzələnin baş verdiyi Elazığ və Malatyada axtarış-xilasetmə işləri davam edir. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin təyinatlara görə, ölənlərin sayı 21, yaralıların sayı isə 1030 nəfərə çatıb.

 

Zəlzələdə həyatını itirən və yaralanan insanların bəzilərinin adları məlum olub.

 

Ölənlərin Miraç Dişli, Dilek Buğdaylı, Pınar Dişli, Gülsüm İnce, Xatun Yamış, Maviye Buğdaylı, Gülsüm Çelik və Rabia Göğdemir olduğu bildirilib.  

 

Bundan əlavə, zəlzələ zamanı Mehmet Çetin və Ramazan İncə adlı iki nəfər də ürək tutması nəticəsində dünyasını dəyişib.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş