Zəlzələ ocağı yeddi kilometr dərinlikdə yerləşib
Türkiyənin Çanaqqala vilayətində 3,5 bal gücündə zəlzələ baş verib.
AYNA xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 01:09 -da Ayvacık rayonunda qeydə alınıb. Zəlzələ ocağı yeddi kilometr dərinlikdə yerləşib.
Xəsarət alanalar və dağıntılar barədə məlumat verilməyib.