İstintaq çərçivəsində İstanbulda 11 ünvanda əməliyyatlar keçirilib
Türkiyənin Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş və daha beş nəfər rüşvət və korrupsiya iddiaları ilə bağlı istintaq çərçivəsində saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, istintaq Üsküdar bələdiyyəsində tikinti və istismar icazələrinin verilməsində yol verilən qanun pozuntuları ilə bağlı daxil olan şikayətlər, zərərçəkmişlərin ifadələri, eləcə də istintaqla əməkdaşlıq edən şübhəlilərin ifadələri əsasında başlayıb.
İstintaq çərçivəsində İstanbulda 11 ünvanda əməliyyatlar keçirilib. Əməliyyat zamanı Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş, bələdiyyə sədrinin müavini, memar, tikinti rəhbəri və podratçı saxlanılıb.