Türkiyədə meşə yanğınlarında ölənlərin sayı yeddiyə çatıb

Dünya

01.08.2021 - 20:32

Həkimlər Klinikalar SEO Xidməti

Manavqat rayonunda bir evdən iki nəfərin cəsədi tapılıb

 

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda baş verən meşə yanğınları zamanı zərər çəkən bir evdən iki nəfərin cəsədi tapılıb.

 

AYNA türkiyə mediasına istinadən xəbər verir ki, həlak olanlardan biri Türkiyə vətəndaşı, digəri isə onun almaniyalı həyat yoldaşıdır. Hazırda evdə araşdırmalar aparılır.

 

Bununla da Türkiyədə baş verən yanğınlar zamanı həlak olanların sayı yeddiyə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş