Türkiyədə koronavirusdan ölənlərin sayı 29 min 30 nəfərə çatıb

Dünya

08.03.2021 - 03:17

Son sutkada 11 min 187 nəfər  COVID-19-a yoluxub

 

Türkiyədə koronavirusdan ötən sutka ərzində 65 nəfər vəfat edib. AYNA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 

Nazirin sözlərinə görə, daha 11 min 187 nəfər  COVID-19-a yoluxub. Sağalan xəstələrin sayı isə 7 min 785-dir.

 

Qeyd edək ki, Türkiyədə indiyədək 2 milyon 780 min 417 nəfər koronavirusa yoluxub. Onlardan 2 milyon 623 min 924 nəfər sağalıb, 29 min 30 nəfər vəfat edib.

Müəllif: Ayna.az