Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

06.08.2021 - 02:54

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 24 mindən çox yoluxma faktı qeydə alınıb 

 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 108 nəfər həyatını itirib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 245 152 nəfər test edilib, onların 24 297-nin koronavirus testi pozitiv nəticə verib, 6636 nəfər sağalıb.

 

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 74 901 234 nəfərə peyvənd tətbiq edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş