Son sutkada 5 min 261 nəfər koronavirusa yoluxub
Türkiyədə son sutkada 5 min 261 nəfər koronavirusa yoluxub. AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.
Məlumata görə, son gün ərzində 37 nəfər COVID-19-dan vəfat edib. 5 min 242 nəfər isə virusdan sağalıb.