Türkiyədə ard-arda 2 zəlzələ olub

Dünya

08.02.2021 - 10:41

Çox sayda vətəndaş küçə və meydanlarda ocaq qalayıb açıq havada qalıb

 

Türkiyənin Sivas vilayətində 4,4 bal gücündə zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Yeraltı təkanlar fevralın 8-də yerli vaxtla saat 01:01-də qeydə alınıb. Zəlzələni böyük təşvişlə qarşılayan əhali küçələrə axışıb. Çox sayda vətəndaş küçə və meydanlarda ocaq qalayıb açıq havada qalıb.

 

İkinci yeraltı təkan isə təxminən iki saat sonra 3.9 bal gücündə baş verib.

Müəllif: Ayna.az