Doqquz yanğının söndürülməsi istiqamətində işlər davam edir
Son beş gün ərzində Türkiyədə qeydə alınan 107 yanğından 98-i söndürülüb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, doqquz yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib ki, yanğınsöndürənlər yorğundurlar: “Lakin qərarlı şəkildə davam edirlər. Silifkedəki yanğın getdikcə azalır. Adanada bütün yanğınlar nəzarət altına alınıb. Orada baş verən üç yanğının hamısı təhlükəli idi. Bodrum və Milasdakı briqadaları hava qüvvələri ilə gücləndirərək bütün yanğınlardan müsbət nəticələr əldə etmək üçün səy göstərəcəyik. Ən qısa zamanda bütün yanğınları nəzarət altına alacağıq”.