Rəcəb Tayyib Ərdoğan Həsən Şeyx Mahmudla telefon danışığı aparıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Həsən Şeyx Mahmud ilə telefon danışığı aparıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, söhbət zamanı Türkiyə ilə Somali arasında ikitərəfli münasibətlər, aktual regional və qlobal problemlər müzakirə edilib.
Prezident Ərdoğan vurğulayıb ki, Ankara Somalinin demokratik mexanizmlər vasitəsilə inkişaf istəklərini dəstəkləyir və terrorla mübarizədə bu ölkəyə yardımı gücləndirməyə davam edəcək.
O həmçinin Türkiyənin Somali ilə enerji və balıqçılıq sektorlarında əməkdaşlığı daha da gücləndirmək niyyətində olduğunu bildirib və bu qarşılıqlı əlaqəni perspektivli adlandırıb.
Bundan əlavə, Türkiyə dövlətinin başçısı Prezident Mahmudu qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.