“Türk Hava Yollar” Əfqanıstana olan uçuşları dayandırıb

Dünya

16.08.2021 - 12:53

Həkimlər Klinikalar SEO Xidməti

“Yalnız Türkiyə vətəndaşlarının təxliyəsi üçün xüsusi çarter reysləri göndəriləcək”

 

Talibanın Əfqanıstanın bütün ərazisini nəzarətə götürdüyünü elan etməsindən sonra “Türk Hava Yollar” aviaşirkəti bu ölkəyə olan uçuşları dayandırıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə şirkətin açıqlamasında qeyd edilib.

 

Bildirilib ki, Talibanın Əfqanıstanın bütün ərazisini nəzarətə götürməsindən sonra əhali ölkədən qaçmağa çalışır.

 

“ Yaranan gərginliklə əlaqədar olaraq “Türk Hava Yollar” aviaşirkəti bu istiqamətə olan reyslərin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul edib. Yalnız Əfqanıstanda olan Türkiyə vətəndaşlarının təxliyəsi üçün xüsusi çarter reysləri göndəriləcək”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş