Trampın iştirakı ilə Qrenlandiya barədə müqavilə imzalanacaq

Dünya

22.09.2026 - 09:43

"Üç lider Qrenlandiyanın və ABŞ-ın təhlükəsizliyini təmin edəcək yeni müqavilələrini rəsmiləşdirəcəklər"

ABŞ Prezidenti Donald Trampla Qrenlandiya ilə bağlı müqavilənin imzalanması bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutacaq. AYNA.AZ xəbər verir ki, bu barədə “Fox News” və “Reuters” də daxil olmaqla bir neçə Qərb mediası Ağ Ev sözçüsünə istinadən məlumat yayıb.

"Prezident Tramp çərşənbə axşamı Nyu-Yorkda Danimarka və Qrenlandiya liderləri ilə Qrenlandiya təhlükəsizlik müqaviləsini imzalamaq üçün üçtərəfli imzalanma mərasimi keçirəcək", - deyə qedyd olunub.

“Fox News” öz növbəsində Danimarka və Qrenlandiyanın Baş nazirləri Mette Frederiksen və Jens-Frederik Nilsenin də mərasimdə iştirak edəcəyini açıqlayıb.

Ağ Ev sözçüsü telekanala bildirib ki, "Üç lider Qrenlandiyanın və ABŞ-ın təhlükəsizliyini təmin edəcək yeni müqavilələrini rəsmiləşdirəcəklər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş