Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır

Dünya

29.09.2026 - 09:09

ABŞ tələblərini yerinə yetirməsi müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş aktivlərini azad etməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Tehranın İslam Respublikasının nüvə proqramı ilə bağlı ABŞ tələblərini yerinə yetirməsi müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş aktivlərini azad etməyə hazırdır. AYNA.AZ xəbər verir ki, bu barədə “X”də “Axios” və İsrailin “12-ci Kanal”ının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən məlumat yayıb.

ABŞ rəsmisi bildirib ki, "Prezident Tramp nüvə məsələsində konkret irəliləyiş müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş aktivlərini azad etməyə hazırdır".

O, heç bir detal verməyib.

İran hakimiyyəti dəfələrlə nüvə silahı əldə etməyə çalışmadıqlarını vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş