Tramp: “Etirazlar peşəkarlar tərəfindən təşkil edilib, kimsə maliyyələşdirilib”

Dünya

11.06.2025 - 16:52

cedabet dərman SEO Xidməti

“Bu, ABŞ-ın milli suverenliyinə tammiqyaslı hücumdur”

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Kaliforniyadakı etiraz aksiyaları kimlərsə tərəfindən maliyyələşdirilir. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, siyasətçi bunu Şimali Karolinadakı Fort Braqq hərbi bazasında deyib.

Trampın sözlərinə görə, Kaliforniyada baş verən kütləvi iğtişaşlar və etirazlar Amerika ərazisinə işğalı davam etdirmək məqsədi ilə “xarici bayraqlar daşıyan iğtişaşçılar tərəfindən həyata keçirilən” “sülhə, ictimai asayişə və ABŞ-ın milli suverenliyinə tammiqyaslı hücumdur”.

Prezident vurğulayıb ki, buna yol vermək olmaz. Onun fikrincə, etirazları peşəkarlar təşkil edib, kimlərsə maliyyələşdirib.

Tramp əlavə edib ki, o ABŞ-ın baş prokuroru Pam Bondi və Ədliyyə Nazirliyi vasitəsilə “bütün bu avadanlıqları kimin maliyyələşdirdiyini” öyrənmək niyyətindədir.

İyunun 6-da Paramountda (Los-Ancelesin ətrafı) immiqrantlara qarşı reydlər səbəbindən küçə iğtişaşları baş verib. Etirazçılar “ICE Los Angelesdən get!” şüarları səsləndirib, yolları bağlayıb, Meksika bayraqları ilə küçələrə çıxıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş