“Düşünürəm ki, daha asan olacaq ikinci mərhələyə keçirik"
ABŞ Prezidenti Donald Tramp İranla razılaşdırılmış memorandumun parametrlərini ədalətli hesab edir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Trampın sözlərinə görə, ABŞ-İran arasında ədalətli razılaşma var.
“Yaxşı bir razılaşma var. Biz İranla razılaşma əldə etmişik. Düşünürəm ki, daha asan olacaq ikinci mərhələyə keçirik", - Amerika lideri vurğulayıb.
Bundan əlavə, o ABŞ-ın İrana pul yatırmaq niyyətində olmadığını söyləyib: "Yeri gəlmişkən, biz İrana heç bir pul yatırmırıq. Dünən belə şayiələr yayıldı, amma bu, gülüncdür".
İkinci mərhələ dedikdə, Tramp ABŞ və İran arasında ən aktual məsələlər üzrə danışıqları nəzərdə tutur. Bunlardan biri də İranın nüvə proqramıdır.