Tixanovskaya Varşavada zirehli avtomobillə hərəkət edir

Dünya

06.06.2021 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

Belarus müxalifətinin lideri çox sayda kəşfiyyat zabitinin əhatəsindədir

 

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Varşavada diqqət mərkəzinə düşüb. AYNA xəbər verir ki, bu barədə “Kotsnews” “Telegram” kanalı məlumat yayıb.

 

Yayılan videogörüntülərdə Tixanovskayanın çox sayda kəşfiyyat zabitinin əhatəsində olduğu görünür. Şahidlərin sözlərinə görə, Belarusun keçmiş prezidentliyə namizədi şəhərin ətrafında zirehli avtomobillə hərəkət edir.

 

Qeyd edək ki, iyunun 4-də Tixanovskaya Varşavaya gəlib, burada Polşa Prezidenti Anjey Duda ilə görüşüb. O, Belarusda tutulan “Nexta” “Telegram” kanalının qurucusu Roman Protaseviçin həbsi barədə vəziyyəti müzakirə edib. Görüşdən sonra Duda Polşanın Belarusun müstəqilliyinə ehtiyac duyduğunu vurğulayıb.

 

İyunun 7-də Tixanovskaya Çexiyaya səfər edəcək, orada ölkə Prezidenti Miloş Zemanla görüşəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş