Vətəndaş hər iki ayağından tüfənglə vurulub: hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Tərtər sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından tüfənglə vurulub.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.