Tayvan 210 min dron üçün 6,6 milyard dollar xərcləməyə hazırdır

Dünya

26.08.2026 - 21:49

Prezident dronların alınması üçün altı illik 6,6 milyard dollar büdcə təklif edib

Tayvan Prezidenti Lay Çinde Çindən gələn təhdid fonunda 210 min hərbi dron alınması ideyasını müdafiə edir. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Prezident dronların alınması üçün altı illik 6,6 milyard dollar (210 milyard NT dolları) büdcə təklif edib. O, döyüş dronlarının müasir müharibədə əhəmiyyətini sübut etdiyi Ukrayna və Yaxın Şərqdəki vəziyyəti nəzərə alaraq, PUA-ların alınmasının təcili olduğunu bildirib.

"Bu, təkcə milli müdafiənin gücləndirilməsi məsələsi deyil, həm də Tayvan üçün özünümüdafiə qətiyyətini nümayiş etdirən vacib bir addımdır", - deyə o bildirib.

Layın sözlərinə görə, adanı öz ərazisi hesab edən Çindən gələn təhdid nəzərə alınmaqla, dronlar münaqişənin hər hansı bir eskalasiyasının qarşısını almaq üçün vacibdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş