Artıq Kabilin rayonlarından birində “Taliban” bayraqları qaldırılıb
Bu gün “Taliban” hərəkatı döyüşçüləri Əfqanıstanın paytaxtı Kabilə hücum ediblər. AYNA “Reuters”ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücum şəhərin bütün istiqamətlərdən həyata keçirilib. Eyni zamanda, qrupun komandanlığının döyüşçülərə şəhəri ələ keçirərkən zorakılıqdan çəkinməyi və paytaxtı tərk etmək istəyənlərin hamısını sərbəst buraxmağı əmr etdiyi vurğulanır.
“RİA Novosti” isə yazır ki, “Taliban” indiyədək paytaxtın qərbindəki Kabil Universitetini nəzarətə götürməyi bacarıb. Artıq Kabilin rayonlarından birində “Taliban” bayraqları qaldırılıb. Digər təfərrüatlar açıqlanmır.