Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir

Xəbərlər

29.11.2020 - 13:47

Həkimlər Klinikalar SEO Xidməti

ANAMA-nın əməkdaşları yolun kəçəcəyi ərazilərdə partlayıcı silahları aşkar edərək məhv edirlər

 

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndinə gedən yeni yol minalardan təmizlənir.

 

AYNA-nın “Report”-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Suqovuşan kəndinə yeni salınacaq yolun ərazisidə minaların aşkarlanması və zərərsizləşdirilməsi prosesi davam edir.

 

ANAMA-nın əməkdaşları yolun kəçəcəyi ərazilərə baxış keçirir, xüsusi avadanlıqlara partlayıcı silahları aşkar edərək məhv edirlər.

 

Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2 661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 km respublika, 1 778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin, bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş