Sumqayıtda şagirdlər vaxtı keçmiş şirniyyatdan zəhərləniblər

Xəbərlər

02.10.2026 - 15:02

AQTA zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

Qeyd olunub ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində agentlik tərəfindən müvafiq tədbirlər görülür.

Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub.

Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş