Yaralılar Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, qəza şəhərin Sahil küçəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardımın köməyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Qəza zamanı 1987-ci il təvəllüdlü Həsənov Şəhriyar Abdulhüseyn oğlu, həyat yoldaşı 1988-ci il təvəllüdlü Həsənova Ülkər İmran qızı və onların qızları 2013-cü il təvəüllüdlü Həsənova İnci Şəhriyar qızı və 2017-ci il təvəllüdlü Həsənova Ləman Şəhriyar qızı, Əlizadə Rövşən Babək oğlu, Sahilzadə Samir Baba oğlu və Quliyev Seymur Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.