Standartlaşdırma üzrə dövlət fondu yaradılıb

Xəbərlər

16.12.2020 - 11:43

Baş naziri Əli Əsədov qərar imzalayıb

 

Standartlaşdırma üzrə dövlət fondu yaradılıb. AYNA xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov “Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydası”nın təsdiq edilməsi barədə” Qərar imzalayıb.

 

Qərara əsasən, “Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydası” təsdiq edilib. Qaydaya görə, standartlaşdırma üzrə dövlət fondu müvafiq dövlət orqanları (qurumları), beynəlxalq, regional və xarici ölkələrin aidiyyəti təşkilatları ilə, habelə yerli təşkilatlarla qarşılıqlı əlaqə şəraitində qurulan, standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət olan və milli standartlaşdırma qurumu tərəfindən idarə olunan informasiya resursudur. Standartlaşdırma üzrə dövlət fondunun rəsmi nəşri fondun bazasında standartlaşdırma üzrə normativ sənədlərin milli standartlaşdırma qurumu tərəfindən kağız və elektron daşıyıcılarda nəşr edilməsini həyata keçirəcək. Milli standartlaşdırma qurumu isə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsdir.

Müəllif: Ayna.az