Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 403 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 086, ikinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 3 998, buster doza üzrə peyvəndlənənlərin sayı isə 6 319 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 9 941 341, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin ümumi sayı 5 001 669, ikinci mərhələ üzrə 4 442 475, “buster” doza üzrə isə 497 197 təşkil edir.