Skif qızılları Kiyevə qaytarılacaq: qərar verildi

Dünya

26.10.2021 - 14:12

Həkimlər Klinikalar SEO Xidməti

Amsterdam Apellyasiya Məhkəməsi qızılların Ukraynaya verilməsi barədə qərar qəbul edib

Amsterdam Məhkəməsi skif qızıllarını Ukraynanın mülkiyyəti kimi tanıyıb.  AYNA TASS-a istinadən xəbər verir ki, Amsterdam Apellyasiya Məhkəməsi skif qızıllarını Ukraynanın mülkiyyəti hesab edib və onların Kiyevə verilməsi barədə qərar qəbul edib.

Məhkəməyə sədrlik edən hakim bildirib ki, skif qızılları Krımdan gəlib. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra qızıllar Ukraynanın mirasının bir hissəsidir.

Qeyd edək ki, 2014-cü ilin fevral ayının əvvəlində Krım muzeyindən 4 skif qızılı kolleksiyası Amsterdamdakı “Allard Pearson” Muzeyinə sərgiyə aparılıb. 2014-cü ilin avqustunda Krım Rusiya tərəfindən ilhaq edildikdən sonra Muzey məhkəmə qərarı və ya tərəflər arasında razılaşma olana qədər eksponatları nə Kiyevə, nə də yarımadaya ötürmək qərarına gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş