Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atıb

Dünya

20.08.2026 - 18:13

“Birləşmiş Qərargah Rəisləri əlavə atışlara qarşı sayıqlıqlarını qoruyurlar”

Şimali Koreya qüvvələri Pxenyanın kənarından Yapon dənizinə təxminən 10 qısa mənzilli ballistik raket atıb. AYNA.AZ xəbər verir ki, bu barədə “News1” Koreya Respublikasının Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.

Daha əvvəl Cənubi Koreya ordusu yerli vaxtla təxminən saat 17:00-da (Bakı vaxtı ilə saat 12:00) "müəyyənləşdirilməmiş mərmi"nin atıldığını bildirmişdi.

Birləşmiş Qərargah Rəisləri "əlavə atışlara qarşı sayıqlıqlarını qoruduqlarını" bildiriblər.

Koreya Respublikası, ABŞ və Yaponiya Şimali Koreyanın ballistik raketi haqqında məlumat mübadiləsi aparır.

Şimali Koreya sonuncu dəfə ballistik raketlər atışını 12 avqustda həyata keçirib. Koreya Respublikası ordusu uçuş məlumatlarını təhlil etməyə davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş