Şimali Koreya ABŞ-ı beynəlxalq nüvə nizamı böhranında ittiham edib

Dünya

29.09.2026 - 17:11

“Vaşinqtonun nüvə silahlarının yayılması hərəkətləri beynəlxalq nüvə nizamını böhrana sürükləyib”

“Vaşinqtonun nüvə silahlarının yayılması hərəkətləri beynəlxalq nüvə nizamını böhrana sürükləyib”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözlər Şimali Koreya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda əksini tapıb.

Nazirlikdən bildirilib ki, "ABŞ-ın nüvə silahlarının şaquli və üfüqi şəkildə yayılması ilə bağlı açıq hərəkətləri beynəlxalq yayılmama rejiminin təməllərini sarsıdır və dünya sülhünə və təhlükəsizliyinə təhdid yaradan əsas amilə çevrilir".

O, Vaşinqtonun "nüvə silahına malik dövlət kimi tərksilah öhdəliklərindən məsuliyyətsiz şəkildə imtina etdiyini" qiymətləndirib.

XİN-dən bildirilib ki, "ABŞ-ın nüvə qüvvələrinin sürətlə artması və nüvə texnologiyasını yaymaq üçün açıq hərəkətləri səbəbindən beynəlxalq nüvə nizamının tamamilə məhv edildiyi hazırkı geosiyasi vəziyyət ölkəmizin dünya sülhünün qorunmasında və qlobal strateji sabitliyin təmin edilməsində daha fəal rol oynamasını tələb edir".

Bəyanatda ABŞ qlobal miqyasda nüvə silahlarının yayılmasında əsas günahkar kimi göstərilib.

Xüsusilə, rəsmi Pxenyan Asiya-Sakit Okean bölgəsində nüvə ittifaqının yaranmasının sübutu kimi Vaşinqtonun Seul və Tokio ilə nüvə sualtı qayıqları sahəsində əməkdaşlığını, eləcə də ABŞ, Böyük Britaniya və Avstraliya arasında təhlükəsizlik tərəfdaşlığı olan AUKUS-u göstərib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş