Sikorski: “Putin nəhəngi oyatdı”

Dünya

25.06.2025 - 13:59

cedabet dərman SEO Xidməti

“Avropa müdafiəyə real pul xərcləyir”

“Rusiya Prezidenti Vladimir Putin müdafiəyə real pul xərcləməyə başlayan və gələcəkdə bu göstərici üzrə Moskvanı qabaqlaya biləcək Avropa İttifaqının simasında nəhəngi oyatdı”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO İctimai Forumunda bildirib.

Nazir Rusiyanı “Avropa üçün əsas təhlükə” adlandırıb və deyib ki, “ona görə də Avropa İttifaqının Rusiyadan daha yaxşı olması lazımdır”.

Bu baxımdan, nazir müdafiə xərclərinin artmasına işarə edib və söhbətin “real puldan” getdiyini vurğulayıb.

"Putin nəhəngi yuxudan oyatdı, biz real pul xərcləməyə başladıq. Söhbət milyardlardan gedir. Bir neçə ildən sonra Rusiya elə vəziyyətə düşəcək ki, 1980-ci illərdə SSRİ-də olduğu kimi, bizim xərclərimizə uyğunlaşmaq çətin olacaq", - Sikorski bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş