Şəmkirdə kişi kanalda batıb

Hadisə

19.07.2021 - 19:54

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb 

 

Şəmkir rayonu, Mahmudlu kəndində bir nəfər su kanalında batıb.

 

AYNA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun su kanalında batıb.

 

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Müəllif: Ayna.az