Şəmkirdə ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb

Xəbərlər

21.08.2026 - 11:12

Qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında xəsarət alan azyaşlı xəstəxanada ölüb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, qəza zamanı xəsarət alan 2021-ci il təvəllüdlü Q. Aslanovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə avqustun 17-də Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobillə “KİA” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş