“Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik!”
“Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.
AYNA xəbər verir ki, gənc mühəndisin “Twitter” hesabından etdiyi poetik paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsinin də yer aldığı paylaşımda iki qardaş ölkənin bayraqlarının dalğalandığı foto əksini tapıb. Səlcuq Bayraqdar yazır:
“Dağ olsanız, torpaq bizik,
Budaq olsanız, yarpaq bizik,
Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik!
Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü təbrik edirik”.