Şəkidə qəza: 3 nəfər xəsarət alıb

Xəbərlər

28.08.2026 - 09:50

Xəsarət alanlar avtomobildən çıxarılıb və təcili tibbi yardım briqadasına təhvil verilib

Gecə saatlarında Şəkinin Cəyirli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, qəza nəticəsində Oğuz rayon sakinləri olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bunlar 36 yaşlı Rahim Salamov, 37 yaşlı Nurlan Həsrətov və Musa Mirzəyevdir.

Hadisə şahidlərinin köməyindən sonra qəzada xəsarət alanlar avtomobildən çıxarılıb və təcili tibbi yardım briqadasına təhvil verilib. İlkin tibbi yardımlardan sonra yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxananın təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir, müayinə və müalicələri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş