Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib

Xəbərlər

30.09.2021 - 17:56

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydası”na dəyişiklik edib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib. AYNA xəbər verir ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydası”na dəyişiklik edib.

Dəyişikliklə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən qurumlar siyahısına Səhiyyə Nazirliyi də daxil edilib.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də həmin səlahiyyətə malik qurumlar sırasındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş