Şəhidimiz Gəncədə dəfn edilib

Xəbərlər

04.06.2021 - 12:31

Həkimlər Klinikalar SEO Xidməti

Elvin Mustafayev Şəhidlər xiyabanında torpağa tapşırılıb

 

Vətən müharibəsində şəhid olan və nəşi ailəsinə təhvil verilən hərbçi Elvin Fəxrəddin oğlu Mustafayevlə vida mərasimi keçirilib. AYNA xəbər verir ki, 1992-ci il təvəllüdlü şəhid hərbçinin nəşi doğulduğu Gəncə şəhərinə gətirilib. Səkkiz aydır itkin hesab edilən şəhidin vida mərasimində hərbçilər, şəhidin yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Vida mərasimindən sonra Elvin Mustafayev Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.

 

Qeyd edək ki, o, ötən ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

undefined

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş