Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində axtarış elan edilib
Türkiyə mütəşəkkil cinayət təşkilatının liderlərindən sayılan Sedat Pekeri axtarışa verib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, Ankara Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Pekerin barəsində axtarış elan edilib.
Qeyd edək ki, S.Peker daxili işlər naziri Süleyman Soylu və sabiq Baş nazir, AKP sədrinin müavini Binəli Yıldırımın oğluna qarşı ittihamlar səsləndirir.