Şamaxıda ağır qəza baş verib

Hadisə

22.02.2021 - 05:22

Həkimlər Klinikalar SEO Xidməti

Yaralanan bir ailənin üç üzvü Bakıya göndərildi

 

Şamaxıda ağır yol qəzasında xəsarət alan bir ailənin üç üzvü Bakıya gətirilib. AYNA-nın “Report”a istinadən məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar - 1994-cü il təvəllüdlü Məmmədli Fəridə Cahid qızı, 1991-ci il təvəllüdlü Məmmədzadə Nisə Afər qızı və 1992-ci il təvəllüdlü Məmmədzadə Araz Fərhad oğlu təcili yardımın köməkliyi ilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Lakin xəsarətləri ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər. Müayinə zamanı F.Məmmədliyə qapalı kəllə-beyin travması və qabırğaların sınığı, N.Məmmədzadəyə bədənin müştərək travması, A.Məmmədzadəyə isə baş nahiyəsinin cırılmış yaraları diaqnozları qoyulub.

 

Qeyd edək ki, hadisə Dəmirçi kəndində qeydə alınıb. Qəzanın təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş