Şabranda yol qəzası: sərnişin və sürücü ölüb

Hadisə

26.08.2026 - 14:45

Yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub

Şabran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə Gəndob-Yalama yolunun rayonun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan sərnişin hadisə yerində, sürücü isə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş