Sabahın havası: yağış yağacaq, duman olacaq

Xəbərlər

21.09.2026 - 13:23

Bakıda 30, bölgələrdə 34 dərəcə isti gözlənilir

Sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 20-22° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 17-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş