Sabahın havası: yağış yağacaq

Xəbərlər

30.08.2026 - 13:04

Həftənin ilk gününün hava proqnozu açıqlanıb

Avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, axşam isə intensiv və qısa müddətli güclü olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Gecə 20-23° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 18-23° isti, gündüz 25-29° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş