Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

21.10.2021 - 13:37

Bakıda 18 dərəcə isti olacaq

Oktyabrın 22-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-19° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 0-2° isti olacaq.

Müəllif: Ayna.az