Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

10.09.2026 - 13:29

Bakıda 28, bölgələrdə 31 dərəcə isti gözlənilir

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 17-20° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gcə 70-75 %, gündüz 40-50 % təşkil edəcək.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 15-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş