Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

02.09.2026 - 14:55

Bakıda 30, bölgələrdə 32 dərəcə isti gözlənilir

Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Gecə 19-21° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək. Gecə 18-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-22° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş